Azərbaycan Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) tərəfindən alternativ enerji mənbələrinin inkişafı çərçivəsində 8 coğrafi ərazi üzrə hərraca çıxarılacaq layihələrindən ən irisi – gücü 1 300 MVt olacaq, Ələt qəsəbəsinin 2 km cənubunda yerləşəcək günəş elektrik stansiyasıdır.
FED.az xəbər verir ki, AERA-dan verilən məlumata görə, 2 600 hektar ərazidə yerləşəcək günəş elektrik stansiyanın illik istehsal edilməli olan enerjinin həcmi 1 725 KVt-saatdır.
Eləcə də bax: Qiyməti 100-2500 dollar olacaq – YATIRIM EDİB QAZANMAQ OLAR – YENİ STARTAP
Qeyd olunan 8 layihə üzrə ümumi gücündən 2 825 MVt-ı günəş, 442,2 MVt-ı isə külək elektrik stansiyaların (3-ü günəş, 5-i isə külək elektrik stansiyası) payına düşəcək.
Üçüncü günəş elektrik stansiyası Abşeron milli parkının yaxınlığında, Abşeron yarımadasında 850 ha ərazidə yerləşəcək. Bu stansiyanın gücü 425 MVt, illik istehsal ediləcək enerjinin həcmi isə 579 mln. KVt-saat təşkil edəcək.
Qeyd edək ki, Azərbaycanda alternativ enerji mənbələrinin inkişafı çərçivəsində 8 coğrafi ərazi üzrə hərraca çıxarılacaq layihələrin ümumi gücü 3 267,5 MVt təşkil edir. Layihələr üzrə ilk hərracın keçirilməsi 2020-ci ilin birinci yarısında planlaşdırılır.
Apa