“Elektroenergetika və bərpaolunan enerji” standartlaşdırılması üzrə yeni Texniki Komitə (AZSTAND/TK 46) yaradılıb, əsasnaməsi və strukturu təsdiq edilib.
Energetika Nazirliyindən FED.az-a bildirilib ki, Texniki Komitə elektrik enerjisi bazarında rəqabət mühitinin formalaşdırılması, elektroenergetika subyektlərinin səmərəli fəaliyyətinin təmin edilməsi, elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadənin stimullaşdırılması, enerji resurslarından səmərəli istifadə və enerji effektivliyinin təmin edilməsi kimi sahələrdə normativ sənədlər bazasının yaradılmasında maraqlı tərəflərin iştirakını təmin etmək məqsədi daşıyır.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən təsis edilmiş Texniki Komitəyə sədrlik və katibliyin fəaliyyətinin təşkili Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən həyata keçirilir.