Baş nazir Novruz Məmmədov “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nda dəyişiklik edib.
FED.az xəbər verir ki, qaydalarda aşağıdakı dəyişikliklər olunub:
Eləcə də bax: Öz-özünə elektrik istehsal edir – İXTİRA
1. 1.1-ci bəndin ikinci cümləsindən “bu Qaydaların tələbləri nəzərə alınmaqla,” sözləri çıxarılsın və həmin bəndə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilib:
“Məişət abonentlərinin (sifarişçilərin) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması qaydaları və onlara dair tələblər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli 326 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası” ilə müəyyən edilir.”.
2. 1.11-ci bənddə “Bu Qaydaların 2.19-cu bəndində göstərilən hallar istisna olmaqla, sifarişçi” sözləri “Sifarişçi” sözü ilə əvəz edilsin.
3. 2.8.2-ci yarımbənddən “bu Qaydaların 2.19-cu bəndinin birinci hissəsində nəzərdə tutulan qaydada ETŞ-yə qoşulan tikinti obyektləri istisna olmaqla, digər sifarişçilər üçün” sözləri çıxarılsın.
4. 2.19-2.21-ci bəndlər ləğv edilsin.
5. 2.22-ci bənddə “kVA” vahidi “kVt” vahidi ilə əvəz edilsin.
6. 2.23-cü bənd ləğv edilsin.
7. 2.26.6-cı yarımbənddən “(gücü 7 kVt olan və mövcud 0,4 kV-luq şəbəkədən 50 metr məsafədə yerləşən məişət abonentləri istisna olmaqla)” sözləri çıxarılsın.
8. 2.27.3-cü yarımbənddən “bu Qaydaların 2.19-cu bəndində nəzərdə tutulan tikinti obyektləri istisna olmaqla,” sözləri çıxarılsın.
9. 2.27.4-cü yarımbənd ləğv edilsin.