Energetika

Elektrik şəbəkəsinə qoşulmaq asanlaşıb - DETALLAR

Elektrik şəbəkəsinə qoşulmaq asanlaşıb - DETALLAR | FED.az
10:24 7 Fev 2019

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İslahat İcmalı” sahibkarlıq obyektlərinin elektrik təchizatı şəbəkəsinə qoşulması sahəsində islahatlara həsr olunub.

FED.az xəbər verir ki, Prezident İlham Əliyevin Fərmanına əsasən ötən ilin dekabr ayının 25-də obyektlərin elektrik şəbəkəsinə qoşulması üçün müddət 24 gündən 20 günə, prosedurlar isə 3-dən 2-ə endirilib.

Sahibkarın müraciəti zamanı təqdim edilən sənədlər əsasında yerindəcə ödəniş həyata keçirilir. Sonrakı mərhələdə isə “Elektron Xəritə” vasitəsilə artıq obyektin yeri və ona ən yaxın güc mərkəzi dərhal müəyyənləşdirilərək ASAN Portala yerləşdirilir.

Prezidentinn Fərmanı ilə Texniki Şuraya daxil olan qurumlar arasında elektron məlumat mübadiləsi nəticəsində sahibkarların iştirakı olmadan bütün lazimi işlər daha operativ və çevik şəkildə həyata keçirilir.

Obyektlərin elektrik şəbəkəsinə qoşulması aşağıdakı proseslə həyata keçirilir:  

Digər xəbərlər