Yanvar-fevral aylarında ölkədən 347,6 milyon kilovat/saat elektrik enerjisi ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsindən (DGK) "azərtac"a verilən məlumata istinadən xəbər verir ki, ixrac edilən elektrik enerjisinin dəyəri 17,8 milyon ABŞ dollarından çox olub.
Xatırladaq ki, 2019-cu ilin ilk 2 ayında Azərbaycandan 701,9 milyon kilovat/saat elektrik enerjisi ixrac olunmuş, həmin ixracın dəyəri isə 30,4 milyon dollar təşkil etmişdi.