2025-ci il ərzində Azərbaycandan 70 milyon 83 min dollar həcmində 1 milyard 231 milyon kVt/saat elektrik enerjisi ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömruk Komitəsinə istinadən xəbər verir ki, elektrik enerjisi ixracı ötən illə müqayisədə dəyər ifadəsilə 24,1 milyon dollar və ya 25,6%, miqdar ifadəsilə isə 522 milyon kVt/saat, başqa sözlə 29,8% azdır.
Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycandan 94,1 milyon dollar dəyərində 1 milyard 753 milyon kVt/saat elektrik enerjisi ixrac olunmuşdu.
2025-ci ilin nəticələrinə görə Azərbaycanın ixrac etdiyi elektrik enerjisinin 1 kVt/saatının orta ixrac qiyməti 9,7 qəpik təşkil edib. 2024-cü ildə isə bu rəqəm 9,1 qəpik idi. Bu da illik müqayisədə 0,6 qəpik və ya 6,6% bahalaşma deməkdir.
Bu il ümumi ixracın 0,28%-i, qeyri-neft sektoru üzrə ixracın isə 1,93%-i elektrik enerjisinin payına düşüb. Ötən il isə müvafiq göstəricilər 0,35% və 2,80% olmuşdu.










