2025-ci ilin ilk üç ayında Azərbaycanın elektrik enerjisi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə xeyli azalıb. Belə ki, bu dövrdə ölkədən 440 371,41 min kVt/saat elektrik enerjisi ixrac olunub.
Qaz ixracı 6 milyard dollara yaxınlaşdı – GƏLİR İSƏ 25% ARTDI
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Halbuki 2024-cü ildə bu göstərici 718 122,16 min kVt/saat idi. Beləliklə, ixrac olunan həcmdə 277 750,75 min kVt/saat və ya 38,7% azalma qeydə alınıb.
Elektrik ixracından əldə edilən gəlir də eyni tendensiyanı izləyib. 2025-ci ilin yanvar-mart aylarında ixracdan 24 410 950 dollar gəlir əldə olunub. Bu, ötən ilin eyni dövründəki 40 567 930 dollar göstəricisindən 16 156 980 dollar və ya 39,8% azdır.
Qiymət baxımından da geriləmə müşahidə olunur. Belə ki, 2024-cü ildə elektrik enerjisinin min kVt/saat üçün orta ixrac qiyməti 56,49 dollar idisə, 2025-ci ildə bu rəqəm 55,43 dollar-a düşüb. Bu isə 1,87% azalma deməkdir. Manat ifadəsində də 1 kVt/saat üçün qiymət 0,10 manatdan 0,09 manata enib.
Bu il ümumi ixracın 0,38%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 3,16%-i elektrik enerjisinin payına düşüb.