STAR Neft Email Zavodu 2024-cü il ərzində xam neft emalı həcmini 2,5% artıraraq 13 milyon tona çatdırıb.
FED.az xəbər verir ki, bu barədə SOCAR Türkiyənin baş icraçı direktoru Elçin İbadov Socar Türkiyənin 2024-cü ilin yekunlarına həsr olunan illik ənənəvi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Zavod Türkiyənin emal olunmuş neft məhsulları ehtiyacını 18%-ni qarşılayıb. Zavod əsaslı təmirə dayandırıması və yenilənməsi layihəsinə 56 milyon ABŞ dolları həcmində investisiya yatırılıb. İllik planlı dayadırılmaya əsasən Zavodun yenilənmə üçün hazırlıq müddəti 2,5 il, tətbiq müddəti isə 2 il olub.
Elçin İbadov daha sonra PETKİM, "SOCAR Depolama", "SOCAR Petrol Ticaret" və "SOCAR AR-GE" ilə bağlı göstəriciləri açıqlayıb. Bildirib ki, 2024-cü il ərzində PETKİM in istehsal həcmi 2, milyon ton olubn ki bu da Türkiyənin daxili məhsul ehtiyacını 11% qarşılayıb. SOCAR Türkiyə rəsmisi “Petkim Liman Modernizasiya Layihəsi”nə 70 milyon ABŞ dolları, “Petkim Tullantı Su Qurğusunun İnkişaf Layihəsi”nə isə 20 milyon dollar investisiya yatırıldığını qeyd edib.
"SOCAR Depolama" şirkətinin 2024-cü il ərzində saxlama çənlərinin həcmi 530 milyon kub metr yanacaq, 45 milyon kub metr maye qaz (LPG) olub. Ötən il ərzində işlənmiş məhsulların miqdarı 3 milyon ton, doldurulmuş tankerlərin sayı isə 127000-ə çatıb
"SOCAR Petrol Ticaret" şirkətində yanacaq, hava və dəniz nəqliyyatı yanacağının topdan və pərakəndə satışını nöqtələrinin satını 14-ə çadırıb. Bu müddət ərzində İstanbul Hava Limanı təyyarə yanacağı tədarükü üzrə müqacvilə bağlanılıb.
Daha sonra "SOCAR AR Ge" şirkəti ilə bağlı məlumat verən E.İbadov Aİ tərəfindən təmin edilən fond vasitəsi ilə 1,3 milyon manat dollar vəsait ayrıldığını qeyd edib. Bu layihədə ticariləşən məhsul sayı 5, dayanıqlılıq sahəsində həyata keçirilən layihələr 13, patentləşmə sayı isə 11 olub.