ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) 2021-ci ilin birinci rübü üçün Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozuna dəyişiklik edib.
FED.az xəbər verir ki, bu barədə EIA-ın sonuncu “Short-Term Energy Outlook – March 2021” hesabatında bildirilir.
EIA-ın yeni proqnozuna görə, bu ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 750 min barel təşkil edəcəyi proqnozlaşdırılır. Bu proqnoz daha öncə fevral ayında verilən proqnozdan 50 min barel və ya 7,14 % çoxdur.
Həmçinin, bu proqnoz 2020-ci ilin birinci rübünün göstəriciləri ilə müqayisədə 20 min barel və ya 2,6 % azdır. 2020-ci ilin dördüncü rübünün göstəriciləri ilə müqayisədə isə bu rəqəm 60 min barel və ya 8,7 % çoxdur.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 770 min barel təşkil edəcəyi proqnozlaşdırılır. Bundan öncəki proqnozda bu rəqəm 730 min barel təşkil edirdi. (Report)