ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) Azərbaycanda 2020-2021-ci illərdə gündəlik neft hasilatı üzrə proqnozunu dəyişib.
Eləcə də bax: “Moody's”: Aşağı qiymətlər neft-qaz şirkətləri üçün - MALİYYƏ RİSKLƏRİNİ ARTIRIR
FED.az məlumat verir ki, bu il Azərbaycanda orta gündəlik neft hasilatı 770 min barel səviyyəsində olacaq ki, bu da öncəki proqnozdan 10 min barel çoxdur.
Məlumata görə, gələn il Azərbaycanda gündəlik neft hasilatı 750 min barel təşkil edəcək (fevral ayı üçün verilən proqnoza görə, bu göstərici 740 min barel təşkil etməli idi ).
Xatırladaq ki, martın 6-da "OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələrinin Vyanada keçirilən rəsmi iclası zamanı aparılan danışıqlar uğursuzluqla nəticələnib. Rusiya və bir sıra qeyri-OPEC ölkələri koronavirusla əlaqəli vəziyyətə cavab olaraq gündəlik neft hasilatını bir qədər də (1,5 mln. barel) azaltmaq təklifini qəbul etməyib. Hazırkı razılaşmanı sadəcə cari ilin II rübünün sonunadək uzatmağın mümkün olduğunu bildirib. Nəticədə, aprelin 1-dən əvvəlki alyans üzvlərindən heç biri hasilatı məhdudlaşdırmaq öhdəliyini daşımır və Səudiyyə Ərəbistanı, mediada yayılan məlumatlara görə, hasilatı artırmaq və neftin qiymətini aşağı salmaq niyyətində olduğunu açıqlayıb.
Apa