2018-ci ildə SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi təbii qaz satışından 746 milyon 760,7 min manat qazanıb. FED.az xəbər verir ki, bu, əvvəlki ilə nisbətən 4,3% çoxdur.
Eyni zamanda, qaz tədarükündə əhaliyə satışın payı 42,8% -ni təşkil edir. Bu barədə Dövlət Statistika Komitəsində məlumat verilib.
İl ərzində əhali istehlak edilən təbii qaz üçün 320 milyon manat (+ 9 faiz) ödəyib.
Qaz sektorunun əməliyyat xərcləri (627,8 milyon manat) 2018-ci ildə 11,2 faiz artıb.
Eləcə də bax: Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə ixrac edilən - NEFTİN HƏCMİ MƏLUM OLUB