Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) Əbu-Dabi əmirliyinin sahil sularında yeni təbii qaz resurslarının kəşf olunduğunu bəyan edib. İlkin hesablamalara görə, ehtiyatların həcmi 1,5-2 trilyon standart kubfunt təşkil edir.
Eləcə də bax: Ərdoğan Türkiyənin qazla bağlı planlarını - AÇIQLAYIB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, kəşfiyyat işlərinin operatoru İtaliyanın “Eni” şirkətidir.
Qeyd edək ki, BƏƏ-də neftin böyük hissəsini hasil edilən ANDOC şirkəti dünyanın neft ehtiyatlarının 6%-nə nəzarət edir.