Banner

Energetika

Dünyanın ən uğurlu neft iqtisadiyyatı neftdən - UZAQLAŞMAQ İSTƏYİR

Dünyanın ən uğurlu neft iqtisadiyyatı neftdən - UZAQLAŞMAQ İSTƏYİR | FED.az
09:44 24 Yan 2020

Neftdən asılı olan iqtisadiyyat dedikdə, insanların ağlında ilk növbədə Yaxın Şərq ölkələri canlanır.

FED.az Banker.az-a istinadən xəbər verir ki, onlar arasından BƏƏ neftdən uzaqlaşmağa çalışır.

Eləcə də bax: Neftin qiyməti Səudiyyə Ərəbistanındakı hadisələr fonunda bahalaşır

On illərdir ki, BƏƏ neftdən əldə etdiyi gəliri uzun perspektivdə ölkə iqtisadiyyatının dayanıqlığını təmin edə biləcək layihələrə yatırır. Ərəb ölkəsi əsasən texnologiya və bərpa olunan enerji mənbələrinə bahis edir.

Rifah ənənələrinə sadiq qalaraq BƏƏ, dünyanın ən ağıllı şəhərlərindən birini – Masdar City-ni yaratdı. O, 50 min nəfər üçün nəzərdə tutulsa da, hal-hazırda şəhərdə cəmi 2 min insan yaşayır. Gələn il bu layihənin arxasında duran şirkət, investisiyaları iki qat artırmağı planlaşdırır.

Ağıllı şəhər dedikdə, nə başa düşülür? İlk növbədə bu şəhər su və enerjiyə daha az ehtiyac duyur (40%). Şəhəri enerji ilə təmin etmək üçün günəş ferması və külək qüllələri tikilib.

Bununla yanaşı, burada süni intellektin öyrənilməsi ilə məşğul olan bir neçə müəssisə, Elm və Texnologiya Universiteti fəaliyyət göstərir. Masdar City insanlara 40 min iş yeri yarada bilər.

BƏƏ-nin qarşısında duran əsas sual budur: neftdən əldə edilən gəliri ağıllı şəhərlərdən almaq mümkün olacaqmı? OPEC təşkilatının verdiyi məlumata görə, BƏƏ-də gündə təxminən 3 milyon barel neft istehsal olunur və 2,3 milyon barel ixrac edilir, bu isə  ölkəyə 75 milyard dollar gəlir gətirir. Ölkənin ÜDM-nun 30%-i neft sektorunun payına düşür.

Buna baxmayaraq, BƏƏ neftdən imtina etməyə hazırdır və ölkə aktiv şəkildə sosial proqramlara dəstək verir.

Qeyd edək ki, BƏƏ-də informasiya texnologiyaları ilə əlaqəli mütəxəssislərə böyük tələbat var: rəqəmsal yenidənqurma menecerləri, süni intellekt tərtibatçıları və təhlükəsizlik analitikləri.

Beynəlxalq Valyuta Fondunun verdiyi məlumata görə, BƏƏ-nin neft sektorundakı artımı bir qədər yavaşlayacaq. Əlbəttə ki, neftdən imtina etmək üçün müəyyən qədər vaxt tələb olunur. Turizm, pərakəndə satış, mehmanxana biznesi, daşınmaz əmlak və tikinti sahəsi – bütün bunlar tələbdən asılıdır.

Buna baxmayaraq, BƏƏ üçün birdən çox sahəyə bahis etmək daha məqsədə uyğun olardı və bu baxımdan ölkə düzgün istiqamətdə hərəkət edir.

Digər xəbərlər

Banner