Neft qiymətlərinin ötən həftələrə nisbətən artmasına baxmayaraq "qara qızıl"ın həddindən artıq həcmlərinin bazarda olması ilə bağlı vəziyyət hələ də qalmaqdadır.
FED.az xəbər verir ki, hazırda üzən tankerlərdə saxlanılan neftin həcmləri 375 mln. barel səviyyəsindədir, quruda isə olan saxlama anbarları, demək olar ki, tam doldurulub.
Buna baxmayaraq, vəziyyət tədricən yumşalır və iqtisadiyyat dirçəlməyə başlayıb. Neft bazarında tələbin artımı da qeydə alınıb.
Bu səbəblərdən hazırda neft hasilatı bir neçə həftə olan göstəricilərə nisbətdə xeyli artıb.
Xatırladaq ki, bu ilin aprel ayında OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında "OPEC+" üzrə gündəlik neft hasilatının mayın 1-dən 9,7 mln. barel, iyulun 1-dən ilin sonuna kimi 7,7 mln. barel və 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 mln barel həcmində azaldılması qərarının icrasına yekdilliklə razılıq verilib.
Dünya neft bazarında balansın yaradılması və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə Azərbaycan da üzərinə yeni öhdəliklər götürüb. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan yeni Razılaşma çərçivəsində hasilatı həmin səviyyədən 164 min barel azaltmalı olacaq. Bu müddət ərzində (may-iyun) Azərbaycan gündəlik xam neft hasilatını 554 min barel həcmində saxlamalıdır.