Asiya ölkələrindəki iqtisadi dirçəliş və və yeni neft emalı zavodlarının yaranması fonunda dünyada neft tankerlərinin tikintisində bum yaşanır.
FED.az xəbər verir ki, bu barədə «Bloomberg» agentliyi sorğusunda iştirak edən gəmi brokerlərinə və analitiklərə istinadən xəbər verir.
Gəmi brokeri «Braemar» şirkətinin açıqlamasına görə, 2023-cü ilin əvvəlindən tanker zavodlarına 38 orta səviyyəli tanker sifariş edilib ki, bu da ən azı 2013-cü ildən bəri rekord rəqəmdir. «Simpson Spence & Young» şirkəti isə bildirib ki, son bir il ərzində 31 tanker beynəlxalq seriya nömrələri alıb - bu, sifarişlərin əsas göstəricilərindən biridir.
Bloomberg-in məlumatına görə, neft tankerlərinə kəskin tələbat bazarların Avropadan Asiya və Yaxın Şərqə “köçməsi” səbəbindən başlayıb.
Məqalədə deyilir: “Bu tendensiya dəniz nəqliyyatını daha sərfəli edib və yeni gəmilərin inşasını sürətləndirib.
«Kpler Inc» şirkətinin hesablamalarına görə, hazırda dəniz yolu ilə 200 milyon bareldən çox neft nəql edilir. Bu 2022-ci ildəki 177 mln. Barel göstəricidən artıqdır. ABŞ-ın Şərq Sahilindəki alıcılar Yaxın Şərq və Asiyadan daha çox yanacaq alırlar. Bloomberg-in məlumatına görə, tendensiya Rusiyanın Ukraynadakı hərbi əməliyyatı ilə də güclənib və bu, 2013-cü ildən bəri yanacaq tankerlərinin daşınmasına tələbatı rekord həddə çatdırıb.