Avropada qazın qiyməti tarixi rekorpd vurub.
FED.az xəbər verir ki, dekabrın 21-London birjasında keçirilən hərraclarda yanvar ayı üçün qazın min kubmetrinin qiyməti 2 100 dolları keçərək 2107 dollar olub. Başqa sözlə bir gün ərzində qaz 23% bahalaşıb.
Qazın sürətli qiymət artımı səhərdən başlayıb və tədricən 1800, 1900 və 2000 dollarlıq həddi keçib. Hərracların gedişində qiymətlər 2200 dollara da yaxınlaşıb – 2190 dollar olub.
Ekspertlər bildirir ki, qazın bu dəfəki bahalaşması Avropada havaların soyuması ilə yanaşı, həm də «Yamal-Avropa» kəməri ilə qaz nəqlinin azalması ilə bağlıdır.