"OPEC plus" ölkələri 2026-cı ilin sonunadək 39,7 milyon barrel həcmində gündəlik xam neft hasil edilməsi ilə bağlı razılaşma əldə edib.
Hesablama Palatası: Azərbaycan bu il 29 milyon tondan çox neft hasil edəcək
FED.az xəbər verir ki, bunu "X" sosial şəbəkəsində Azərbaycanın Energetika naziri Pərviz Şahbazov açıqlayıb.
"Bu müddətdə Azərbaycanın hasilat kvotası dəyişməz qalacaq. Lakin 8 ölkə 2023-cü ilin aprel ayında elan edilmiş gündəlik 1,65 milyon barrel əlavə könüllü öhdəliklərini 2026-cı ilin dekabrın, 2023-cü ilin noyabrında elan edilmiş gündəlik 2,2 milyon barrel əlavə könüllü ixtisarlarını isə 2025-ci ilin martın sonuna qədər davam etdirəcəklər. Bu ölkələrin 2,2 milyon barrelik ixtiasarları 2026-cı ilin sentyabrın sonuna qədər aylıq olaraq mərhələli şəkildə ləğv ediləcək.
“OPEC plus”un bu razılaşmaları qlobal neft bazarının dayanıqlığının təmin edilməsi və neft sənayesinin davamlı inkişafına dəstək verilməsi baxımından mühüm əhəmiyyət kəsb edir", - nazir bildirib.
Bakı vaxtı ilə saat 18:20-də Brent nefti 0,4% bahalaşama ilə 72,76 dollara ticarət olunub.