Dünyanın neft bazarında qiymət oriyentiri rolunu oynayan «Brent» nefti ehtiyatları artıq bitməkdədir.
Şimal dənizindəki «Brent» neft yatağındakı neft ehtiyatları 2020-ci ildə qurtaracaq.
Eləcə də bax: Gürcüstanın Azərbaycan qazından - QAZANCI 4 DƏFƏ ARTACAQ
FED.az xəbər verir ki, Bu yataqdan hasilatla məşğul olan «Royal Dutch Shell» şirkəti yataqdakı sonuncu neft platformasını ləğv edəcək.
Qeyd edək ki, «Brent» neft yatağı Şetland adaları və Norveçin arasında yerləşir. Bu yataq 1971-ci ildə kəşf edilib, həmin vaxt dünyada ən böyük yataqlardan biri sayılırdı.
Yataqda hasilat 1975-ci ildən başlanıb və sonrakı illərdə çıxarılan neftin həcmi getdikcə artıb. 1980-ci ildə «Brent» nefti etalona çevrildi . Dünyadakı digər neft növlərinin qiymətinin müəyyən ediləndə də onun qiymətindən istifadə edilirdi.
Amma 1990-cı illərdə yataqda neft hasilatı azalmağa başlayıb. Və Brent növü başqa neft növlərinin də qarışdığı məhdula çevrildi. Hazırda həmin məhlulda Brent neftinin payı cəmi 1% təşkil edir.
«Royal Dutch Shell»in məlumatına görə, yatağın işləndiyi bütün dövrlər ərzində burada 2 milyard barel neft və 161 milyard kubmetr qaz çıxarılıb.