Dünyanın kömür bazarında kömürün təqribən 40%-i İsveçrə üzərindən alınıb-satılır. İsveçrə bankları isə bu sahəni kreditləşdirən əsas kredit təşkilatlarıdır.
FED.az xəbər verir ki, bu barədə «Public Eye» qeyri-hökumət təşkilatının hesabatında bildirilir.
Hesabata görə, 2022-ci ildə dünyada kömür hasilatı ümumilikdə 8 milyard tonu keçməlidir. Bu da Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, tarixi rekorddur.
Hazırda dünyada kömür əsasən Çin, Hindistan, ABŞ və İndoneziyada hasil edilir.
İsveçrə isə, burada bir ton belə kömür çıxarılmadığı halda, dünyanın kömür bazarının mərkəzlərindən sayılır. «Qara qızıl»ın (bəzən kömürü də «qara qızıl» adlandırırlar) ticarətinin 40%-nə İsveçrə şirkətləri nəzarət edir.
Hesabatdan aydın olur ki, təkcə İsveçrədə daş kömürün hasilatı və satışı ilə məşğul olan 245 şirkət var. Bunlar əsasən Cenevrədə (78 şirkət), Tiçinoda (55 şirkə) və Suq (54 şirkət) şəhərlərindədir. İsveçrədə ofisi və ya nümaynədəliyi olan dağ-mədən şirkətləri ümumilikdə ildə 536 milyon ton daş kömür hasil edirlər.
Bunların arasına İsveçrənin «Glencore» şirkəti kimi qlobal oyunçular da aiddir.
«Public Eye»nin ekspertlərinin fikrincə, daş kömürün hasilatı, daşınması və onun istilik stansiyalarında elektrik enerjisinə çevrilməsi nətiəsində hər il atmosferə təqribən 5,4 milyard ton CO2 – karbon qazı atılır. Bu istixana qazlarından sonra ikinci belə göstəricidir.