Dünya birjalarında neft ucuzlaşıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,24 dollar azalaraq 52,71 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,21 dollar azalaraq 54,84 dollar olub.
Qeyd edək ki, dünya bazarında neftin ucuzlaşmasına səbəb kimi ABŞ-da neft ehtiyatının artması göstərilir.