Bakı vaxtı ilə 08:20-yə olan məlumata görə, Şimal dəniz neft qatışığı olan "Brent" markalı neftin fevral fyuçerslərinin qiyməti 0,755% artaraq bir barel üçün 54,31 dollara çatıb.
Artım İnterkontinental birjada keçirilən hərraclar zamanı qeydə alınıb.
WTI markalı neftin qiyməti isə 0,371% artaraq bir barelə görə 51,23 dollara çatıb.