Dünya birjalarında neftin qiyməti dəyişib.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,56 dollar və ya 0,88% azalaraq 63,35 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,76 dollar və ya 1,05% artaraq 72,80 dollar təşkil edib.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.