Dünya birjalarında neftin qiyməti artıb.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,39dollar və ya 0,86% artaraq 45,98 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,54 dollar və ya 1,00% artaraq 54,36 dollar təşkil edib.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir