Dünya birjalarında Brent markalı nessftin qiyməti ucuzlaşıb.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin 1 barelə görə qiyməti 0,24 dollar və ya 0, 35% ucuzlaşaraq 67,86 dollar olub.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,45 dollar və ya 0,60% enərək 74,19 dollar olub.
Dünya birjalarında NEFTİN QİYMƏTİ

09:24
30 Aprel 2018