Dünya birjalarında Brent markalı neftin qiyməti bahalaşıb.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,56 dollar və ya 0,87% bahalaşaraq 64,94 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,58 dollar və ya 0,84% yüksələrək 69,34 dollar olub.
Dünya birjalarında NEFTİN QİYMƏTİ

11:08
31 Mart 2018