Dünya birjalarında Brent markalı neftin qiyməti ucuzlaşıb.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,47 dollar və ya 0,72% ucuzlaşaraq 64,78 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,36 dollar və ya 0,51% enərək 69,75 dollar olub.
Dünya birjalarında NEFTİN QİYMƏTİ

08:51
28 Mart 2018