Dünya birjalarında Brent markalı neftin qiyməti bahalaşıb.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,28 dollar və ya 0,43% bahalaşaraq 65,83 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,17 dollar və ya 0,24% yüksələrək 70,29 dollar olub.
Dünya birjalarında NEFTİN QİYMƏTİ

08:55
27 Mart 2018