Dünya birjalarında Brent markalı neftin qiyməti ucuzlaşıb.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,03 dollar və ya 0,05% ucuzlaşaraq 61,16 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,06 dollar və ya 0,09% enərək 65,06 dollar olub.
Dünya birjalarında NEFTİN QİYMƏTİ

09:04
16 Mart 2018