Dünya birjalarında Brent markalı neftin qiyməti ucuzlaşıb.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,48 dollar və ya 0,77% ucuzlaşaraq 62,12 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,54 dollar və ya 0,82% enərək 65,25 dollar olub.
Dünya birjalarında NEFTİN QİYMƏTİ

08:47
7 Mart 2018