Dünya birjalarında Brent markalı neftin qiyməti bahalaşıb.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,25 dollar və ya 0,41% bahalaşaraq 61,50 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,26 dollar və ya 0,40% yüksələrək 64,63 dollar olub.
Dünya birjalarında NEFTİN QİYMƏTİ

09:01
5 Mart 2018