Dünya birjalarında Brent markalı neftin qiyməti bahalaşıb.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,26 dollar və ya 0,43% bahalaşaraq 61,25 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,54 dollar və ya 0,85% yüksələrək 64,37 dollar olub.
Dünya birjalarında NEFTİN QİYMƏTİ

09:30
3 Mart 2018