Dünya birjalarında neft ucuzlaşıb.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,35 dollar və ya 0,53% ucuzlaşaraq 65,45 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,07 dollar və ya 1,54% enərək 68,85 dollar olub.
Dünya birjalarında NEFTİN QİYMƏTİ

10:04
3 Fev 2018