Dünya birjalarında neft bahalaşıb.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,14 dollar və ya 0,27% artaraq 51,06 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelə görə 0,09 dollar və ya 0,16% artaraq 56,70 dollar təşkil edib.