Dünya birjalarında neft bahalaşıb.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,06 dollar və ya 0,12% artaraq 49,64 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelə görə 0,06 dollar və ya 0,11% artaraq 55,85 dollar təşkil edib.