Dünya birjalarında neft ucuzlaşıb.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,01 dollar və ya 0,02% azalaraq 48,22 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelə görə 0,14 dollar və ya 0,26% azalaraq 54,13 dollar təşkil edib.