Dünya birjalarında WTI markalı neft bahalaşsa da, Brent markalı neftdə ucuzlaşma müşahidə olunur.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,16 dollar və ya 0,34% artaraq 47,45 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelə görə 0,12 dollar və ya 0,23% azalaraq 52,22 dollar təşkil edib.