Dünya birjalarında neft ucuzlaşıb.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,46 dollar və ya 0,94% azalaraq 48,70 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelə görə 0,44 dollar və ya 0,85% azalaraq 51,34 dollar təşkil edib.