Dünya birjalarında neft bahalaşıb.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,27 dollar və ya 0,58% artaraq 46,61 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelə görə 0,27 dollar və ya 0,56% artaraq 48,87 dollar təşkil edib.