Dünya birjalarında neft bahalaşıb.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,26 dollar və ya 0,58% artaraq 45,19 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,21 dollar və ya 0,44% artaraq 47,84 dollar olub.