Dünya birjalarında neft bahalaşıb.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,26 dollar və ya 0,57% artaraq 46,09 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,29 dollar və ya 0,60% artaraq 48,44 dollar olub.