Dünya birjalarında neft ucuzlaşıb.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,58 dollar və ya 1,20% azalaraq 47,78 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,60 dollar və ya 1,19% azalaraq 50,03 dollar olub.