Dünya birjalarında neftin qiyməti müxtəlif şəkildə özünü göstərib.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti dəyişməyərək 1 barelə görə 49,80 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,17 dollar və ya 0,32% azalaraq 52,47 dollar olub.