Dünya birjalarında neft bahalaşıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,97 dollar və ya 1,98% artaraq 49,87 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,80 dollar və ya 1,55% artaraq 52,26 dollar olub.