Dünya birjalarında neft bahalaşıb.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,05 dollar və ya 0,11% artaraq 46,48 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,06 dollar və ya 1,12% artaraq 49,40 dollar olub.
Dünya birjalarında NEFTİN QİYMƏTİ
09:12
9 May 2017