Dünya birjalarında neft ucuzlaşıb.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,35 dollar və ya 2,97% azalaraq 44,17 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,26 dollar və ya 2,60% azalaraq 47,12 dollar olub.
Dünya birjalarında NEFTİN QİYMƏTİ
09:13
5 May 2017