Dünya birjalarında neft bahalaşıb.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,46 dollar və ya 0,91% artaraq 50,81 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,57 dollar və ya 1,07% artaraq 53,70 dollar olub.
Dünya birjalarında NEFTİN QİYMƏTİ
10:46
1 Aprel 2017