Dünya birjalarında neft ucuzlaşıb.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,19 dollar və ya 0,40% azalaraq 47,78 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,14 dollar və ya 0,27% azalaraq 50,78 dollar olub.
Dünya birjalarında NEFTİN QİYMƏTİ
09:19
27 Mart 2017