Dünya birjalarında neft bahalaşıb.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,80 dollar və ya 1,68% artaraq 48,52 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,72 dollar və ya 1,41% artaraq 51,64 dollar olub.
Dünya birjalarında NEFTİN QİYMƏTİ
09:15
15 Mart 2017