Dünya birjalarında neft bahalaşıb.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,32 dollar və ya 0,52% artaraq 62,02 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,24 dollar və ya 0,34% artaraq 70,63 dollar təşkil edib.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir