Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, sentyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,35% artaraq 8,836 ABŞ dolları təşkil edib (Apa).